"Putinin Rusiyanın Ukrayna ilə bağlı ilkin şərt olmadan danışıqlara hazır olması ilə bağlı bəyanatı aktualdır".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya ABŞ-ın Ukraynada sülh prosesində göstərdiyi səylərin nəticə verəcəyini gözləyir.
Kremlin sözçüsü Rusiyanın Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq üçün göstərdiyi səylərə görə ABŞ-a minnətdar olduğunu söyləyib.

Peskov bildirib ki, ABŞ ilə deyil, Ukrayna ilə razılaşma əldə olunmalıdır.

"Rusiya Federasiyası Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu təsdiqləyir, lakin Kiyevdən hələlik cavab yoxdur. Ukrayna böhranı dərhal həll edilə bilməyəcək qədər mürəkkəbdir.
Rusiya ilə Ukrayna arasında yerdə yaranmış vəziyyəti nəzərə almamaq mümkün deyil", Putinin sözçüsü vurğulayıb.

Peskov əlavə olaraq edib ki,Rusiya Federasiyası xüsusi əməliyyatın əvvəlində qarşıya qoyulan məqsədlərə nail olmalıdır:"Rusiya üçün hələ də xüsusi əməliyyatın məqsədlərinə sülh yolu ilə nail olmaq üstünlük təşkil edir. Putin sülh yolu ilə nizamlanmaya açıq olaraq qalır.
Putin atəşkəsin tətbiqini dəstəkləyir, lakin əvvəlcə bir sıra nüansları həll etmək lazımdır".

.