Moskva Cenevrədə ABŞ, Ukrayna və Avropa ölkələri ilə aparılan danışıqlar barədə heç bir məlumat almayıb.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O əlavə edib ki, Moskva bu təmaslar zamanı hansı planın mətninin işləndiyini bilmir.

Peskov, Kremlin ABŞ-ın Ukrayna planını mediada müzakirə etmək istəmədiyini, bunu qeyri-mümkün və yanlış hesab etdiyini vurğulayıb.

"Kreml ABŞ-ın Ukrayna planı ilə bağlı rəsmi məlumatlara etibar etməyə üstünlük verir və bu məsələ ilə bağlı mediada yayılan məlumatlarını müqayisə etmək istəmir".

Kremlin sözçüsü Rusiyanın ABŞ ilə təmaslara və danışıqlara açıq qaldığını da söyləyib.

.