"Neft hasilatının azaldılması ilə bağlı "OPEC+" razılaşması sübut edir ki, neft hasil edən ölkələr konsensus və qarşılıqlı anlaşma əldə edə bilər".
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz razılaşmanı vacib hesab edirik. Bu, təsdiq edir ki, OPEC-ə daxil olan və neft hasil edən bır sıra ölkələr konsensus, enerji bazarında sabitlik naminə qarşılıqlı anlaşma əldə edə bilərlər", - deyə Kremlin sözçüsü vurğulayıb.
