Rusiyanın Krasnodar diyarında işçiləri daşıyan avtobus estakadadan dənizə düşüb.

Krasnodar diyarında avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
TASS xəbər verir ki, xilas edilən 24 nəfərdən 8-i xəstəxanaya yerləşdirilib.
Dənizə düşmüş avtobus artıq kran vasitəsilə çıxarılıb.
Avtobus "Tamannefteqaz" neft-qaz şirkəti üçün estakada tikən şirkətə məxsusdur. O, işçiləri tikinit yerinə aparırmış.
Rusiyanın İstintaq Komitəsi faktla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsi (ehtiyatsızlıq üzündən insanların ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının pozulması və nəqliyyat vasitələrinin istismarı) ilə cinayət işi açıb.

.