Səudiyyə Ərəbistanı kralı İndoneziyaya 450 ton ağırlığında yüklə gedib. İndoneziyaya rəsmi səfərə gələn kral Salmanın şəxsi əşyalarını 27 təyyarə daşıyıb.

Türkiyə mətbuatı xəbər verir ki, ümumi çəkisi 450 ton olan baqaja müxtəlif avadanlıqlar, limuzin markalı avtomobillər, elektrik liftinin hissələri və digər əşyalar daxildir.

Kral Salmanın gəlişi ilə bağlı İndoneziyada kortejin keçəcəyi marşrut üzərində olan çılpaq heykəllərin üzəri bağlanıb, Cakartadakı İstiqlal Məscidində yeni xüsusi bir tualet inşa edilib.

İndoneziya qəzetlərinin yazdığına görə, Səudiyyə Ərəbistanı İndoneziyanın üç böyük şəhərində ərəbcə təhsil verən institutlar açmağı planlaşdırır.
.