Kosta-Rika sahil mühafizə xidməti uğurlu əməliyyat keçirib. Xidmət 2 tona yaxın kokaini daşıyan gəmini saxlayıb.

Bildirilir ki, əməliyyat ABŞ tərəfindən ötürülmüş informasiya əsasında keçirilib.

Gəmi Sakit okean sularında saxlanılıb.

Əməliyyat zamanı 3 ekipaj üzvü də saxlanılıb. Saxlanılanların hamısının Kolumbiya vətəndaşları olduğu bildirilir.

.