Britaniyalı alimlər koronavirusun yeni simptomlarını açıqlayıblar. Söhbət əzginlik, əzələ ağrısı və ayaqdakı suluqlardan gedir.

Gazeta.ru-nun məlumatına görə, tədqiqatçılar bununla bağlı materialları ölkə hökumətinə məlumat verən Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupuna təqdim ediblər.

 Bildirilir ki, xəstələrin yaşından və orqanizmin xüsusiyyətlərindən asılı olaraq, simptomlar müxtəlif yollarla özünü göstərə bilir.

Hazırda koronavirusun ən çox qəbul olunan üç əlaməti - yüksək temperatur, davamlı öskürək, həmçinin, qoxu və ya dadbilmənin itməsidir.

O da vurğulanır ki, Böyük Britaniyanın Səhiyyə Nazirliyi test mərkəzlərinə ağırlıq olmaması üçün COVID-19-un əlamətləri siyahısına yeni simptomları əlavə etməməyə qərar verib.

.