Koronavirusa yoluxan tanınmış cərrah Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir.

Bu barədə “Report”a onun yaxınları məlumat verib.

Bildirilib ki, həkimlər N.Eminovu süni komadan ayıldıblar: “Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir. Uzun fasilədən sonra ailəsi ilə əlaqə saxlayıb, danışıblar”.

Qeyd edək ki, N.Eminov bir müddət əvvəl COVID-19-a yoluxub. Vəziyyəti ağır olduğuna görə süni tənəffüs aparatına qoşulmuşdu. O, əvvəlcə "Yeni Klinika"da müalicə olunub. Daha sonra Mərkəzi Gömrük Hospitalına köçürülüb.

.