Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.

Bu barədə  müğənninin qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, süni tənəffüs aparatına qoşulan sənətçi hazırda reanimasiyadadır.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda o, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə olunur.
 

.