Dünyada koronavirusa yoluxanların sayı 4,33 milyonu, bu virusdan ölənlərin sayı isə 290 mini keçib.
Worldometer”in Bakı vaxtı ilə saat 05:00-a olan statistic məlumatında belə deyilir.
Son bir sutka ərzində 85 335 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 4 337 625 nəfərə çatıb.
Ölüm sayında da artım müşahidə edilib. Bir gündə infeksiyadan 5320 nəfər həyatını itirib. Ümumilikdə bu ölümcül virusdan ölənlərin sayı isə 292 451 nəfərdir. İndiyədək 1 597 865 nəfər sağalıb və hazırda 2 447 309 aktiv yoluxmuş xəstə var.
Ən çox yoluxma halları Avropa bölgəsindədir. Burada indiyədək 1 675 742 nəfərdə virus aşkar olunub, 155 762 nəfər isə dünyasını dəyişib. Cəmi 685 246 nəfər sağalıb.
Ölkələr üzrə isə ən çox yoluxma halları ABŞ, İspaniya, Rusiya, Böyük Britaniya, İtaliya, Fransa, Braziliya, Almaniya, Türkiyə və İranda qeydə alınıb.
.
