Tibbi maskaların geniş istifadəsi önümüzdəki aylarda təkcə ABŞ-da təxminən 130 min insanın həyatını xilas edəcək.

“Nature Medicine” nəşrinin məlumatına görə, Səhiyyə Göstəriciləri və Qiymətləndirmə İnstitutunun (IHME) alimləri araşdırmalardan sonra belə qənaətlə çıxış ediblər.

Tədqiqatçıların fikrincə, maska rejiminə riayət etmə nisbəti 85 faiz olsa, real xilas edilənlərin sayı 95 mini keçəcək. Beləliklə, maskalar SARS-CoV-2 kimi respirator virusların ötürülməsini əhəmiyyətli dərəcədə azalda və bununla da COVID-19-un yayılmasını məhdudlaşdıra bilər.

Peyvənd olmadığı təqdirdə maska rejiminə riayət etmə, sosial məsafə saxlama, özünü təcrid etmə kimi dərmansız tədbirlər pandemiyanın qarşısını almaq üçün mövcud olan ən təsirli vasitələrdir.

.