Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının Prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı təqdimatına rəyini oktyabrın 16-da açıqlayacaq.
Bu barədə məhkəmənin sədri Merab Turava jurnalistlərə açıqlamasında bildirib.
O, bəzi hakimlərin artıq rəyini hazırladığını, lakin müəyyən düzəlişlərin mümkünlüyünü qeyd edib.
Xatırladaq ki, “Gürcü Arzusu” partiyası Prezident Salome Zurabişvilinin hökumətdən icazəsiz xaricə səfərlərə gedərək ölkə konstitusiyanı pozmasını əsas gətirərək sentyabrın əvvəlində onun impiçmenti proseduruna başlayıb. Bununla belə, partiya prosedurun tamamlanması üçün parlamentdə yetərsaya malik deyil.
.
