UEFA Konfrans Liqasında final qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirilə bilər.
Yunanıstanın paytaxtı Afinadakı "Ayasofya" arenasında keçiriməsi planlaşdırılan final görüşünün təhlükəsizlik tədbirləri səbəbindən Macarıstanda oynanılması ehtimalı var.
Yerli hüquq-mühafizə orqanları ölkədə qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir. Bu səbəbdən matç Budapeştəki "Puşkaş Arena"da baş tuta bilər.
Qeyd edək ki, Konfrans Liqasının finalında "Olimpiakos" və "Fiorentina" kollektivləri üz-üzə gələcək. Matç mayın 29-u saat 23:00-da başlayacaq.
.