Konfrans Liqasında 1/8 finalın püşkü atılıb.

Tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Avropanın üçüncü dərəcəli klub turnirində kuboka iddiasını sürdürən 16 komanda 8 cütlük təşkil edib. Qrup mərhələsində 1-ci yeri tutanlar pley-offun qaliblərinə rəqib olub. Türkiyənin iki klubu – “Sivasspor” və “Başakşəhər”in də rəqibləri müəyyənləşib.

Qeyd edək ki, 1/8 finalın oyunları martın 9-da və 16-da keçiriləcək.

Konfrans Liqası
1/8 final

AEK (Kipr) - “Vest Hem” (İngiltərə)
“Fiorentina” (İtaliya) - “Sivasspor” (Türkiyə)
“Latsio” (İtaliya) - “Alkmaar” (Niderland)
“Lex” (Polşa) - “Yurqorden” (İsveç)
“Bazel” (İsveçrə) - “Slovan” (Slovakiya)
“Şerif” (Moldova) - “Nitsa” (Fransa)
“Anderlext” (Belçika) - “Vilyarreal” (İspaniya)
“Gent” (Belçika) - “Başakşəhər” (Türkiyə)

.