Çinin Henyan əyalətində kömür mədənində partlayış baş verib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 şaxtaçı ölüb.

Partlayış baş verdiyi an mədəndə 50-dən çox fəhlə olub. 10 nəfərə qədər şaxtaçının dağıntılar altında qaldığı bildirilir.  
 
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İnsidentin səbəbləri araşdırılır. 
.