Kolumbiya polisi hərbçilərlə birlikdə “Körfəz Kralı” cinayətkar dəstəsinin başçısı “Otoniel” ləqəbli Dairo Usuqu saxlayıb.

Bu barədə “El Tiempo” nəşri məlumat yayıb.

Əməliyyat Kolumbiyanın şimal-qərbindəki Nekokli bələdiyyəsində keçirilib. Hazırda Usuqu Medellinə aparırlar.

Qeyd edək ki, “Körfəz Kralı” Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayət təşkilatıdır. Usuq ölkədə ən çox axtarılan cinayətkar sayılırdı.

.