Kolumbiya Prezidenti Qustavo Petronun Vaşinqtona səfərinin və ABŞ Prezidenti Donald Trampla görüşünün məqsədi dünya müharibəsini dayandırmaqdır.
Bunu Kolumbiya dövlət başçısı özü CBS telekanalına verdiyi müsahibədə bildirib.
Yanvarın 7-də Tramp və Petro telefon danışığı aparıb, Boqotanın narkotik qaçaqmalçılığına qarşı mübarizəsini və Venesueladakı vəziyyəti müzakirə ediblər.
Petro, həmçinin bildirib ki, söhbət zamanı Tramp ona 55 dəqiqəlik söhbətin 40 dəqiqəsini danışmağa icazə verib.
Kolumbiya prezidenti qeyd edib ki, iki tərəf Petronun təşəbbüsü ilə Venesuela məsələsini müzakirə edib.
Qeyd edək ki, iki lider arasında telefon danışığından sonra Tramp Petronun fevralın əvvəlində Vaşinqtona səfər edəcəyini açıqlayıb.
.
