Dövlət Statistika Komitəsinin ilkin məlumatına görə, 2014-cü ildə Azərbaycanda 1 823,6 ton kolbasa məmulatı istehsal edilib ki, bu da ötən ildə olduğundan 2,6% çoxdur. Pərakəndə satış, xammal və istehsal üçün yardımçı materialların idxalının təhlili göstərir ki, real istehsal həcmi daha çox olub.Rəsmi ststistika kolbasa və sosiska məmulatlarının həcmi üzrə düzəlişlər edibr. Məsələn, 2013-cü ildə yerli istehsalın həcmi haqda ilkin məlumatlar təxminən 1800 ton təşkil edib. Sənaye istehsalatı haqda hesabatda 6 min ton belə ət məhsulunun istehsal edildiyi bildirilib ki, bu da 2012-ci ildə olduğundan 2 min ton çoxdur.
DSK tərəfindən ailə təsərrüfatlarının araşdırmalarının yekunlarına görə, il ərzində adambaşına 0,6 kq. bişmis kolbasa, həmçinin 0,9 kq. sosiska düşür.
Buradan belə çıxır ki, bu məhsulların illik istehlak həcmi ən azı 14.2 min tondur. Ötən il gömrükdən 1394.5 ton kolbasa keçib. Beləliklə, istehsalçılar 6 mindən çox. məhsulu vergidən gizlədiblər.
Kolbasa müəssisələrinin vergidən yayınmasını dolayısı ilə kolbasa istehsalı üçün zəruri olan donuz piyi və süni qabıq idxalına dair məlumatlar da sübut edir.
2014-cü ildə Azərbaycan Danimarkadan (279.8 min ton), Kanada (84 ton), Almaniya (42 ton), Fransa (119 min ton), İspaniya (504.3 min ton) və digər ölkələrdən 1 min 29 ton donuz piyi alıb. Bu 2013-ci ildə olduğundan 6,3 dəfə (163 ton) çoxdur.
"Ət və ət məhsulları” İctimai Birliyinin sədri Fuad Gulubəyov Turan-a bildirib ki, bu məhsullar qismən pərakəndə yolla satılır. Qalan hissədən kolbasa sexləri istifadə edir. Bundan başqa 2014-ci ildə kolbasa məmulatının hazırlanması üçün 120.3 min ton süni qabıq gətirilib ki, bu da 2013-ci ildə ildə olduğundan 1,3 ton çoxdur.
Qeyd etmək lazımdır ki, 2013-cü ildə Bakı müəssisələrində 735 ton məhsul istehsal edilib. İstehsalat 110 ton azalıb. Son dörd ildə (2010-2013-cü illərdə) Bakıda kolbasa məmulatları istehsalçıları istehsalı 26% azaldıblar. Abşeron kolbasa hazırlayanları istehsalı 5% azaldaraq satışa 565,4 ton məhsul çıxarıblar. Qeyd edək ki, 2013-cü ildə Naxçıvanın payına 22% kolbasa və sosiska istehsalı düşüb.
Ət məmulatları istehsalçılarının heç biri illik istehsal gücü barədə məlumat vermir.
Ölkənin iri kolbasa-sosiska məhsulları istehsalçıları "Zəhmət-Ruzi”, "Səhliyalı”, "Orxan-SS”, "Hakan Foods”, "Flaqman”, "Halal dad” və başqalarıdır.
Ötən il bir neçə müəssisə onların məhsullarının "Halal” dövlət standartına məxsusluğunu təsdiqləyən sertifikat alıblar.
Həmçinin Azərbaycana Rusiya (555,2 ton), Türkiyə (379,3 ton), Almaniya (250,9 ton), ABŞ (100,2 ton) və digər ölkələrdən də kolbasa gətirilir. İdxalçılar xarici istehsalçılara $4 mln. ödəyiblər..
