"Mançester Siti"nin futbolçusu Aleksandar Kolarovun "Roma"ya keçidi rəsmiləşib.

Qol.az-ın İtaliya klubunun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün "Roma" 5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, A.Kolarov 2010-cü ildən "Mançester Siti"də oynayırdı.
.