Bizə həm Avropa İttifaqı (Aİ), həm də ABŞ ilə münasibətlərin keyfiyyətcə yenidən qurulması lazımdır.

Bunu Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açqılamasında deyib. Hökumət başçısının sözlərinə görə, Ukraynada müharibə çox tezliklə başa çatacaq və həm Aİ, həm də ABŞ ilə münasibətlərin bərpası üçün hər cür şərait yaranacaq.

"Həm Aİ, həm də ABŞ ilə münasibətlərin keyfiyyətcə yenidən qurulmasına ehtiyacımız var. Biz münasibətlərin bərpasını üç məsələ ilə əlaqələndirirdik - bunlardan birincisi, Gürcüstandakı seçkilər, İkincisi ABŞ-da seçkilər, üçüncüsü isə Ukraynada müharibənin başa çatması idi. Artıq iki seçki başa çatıb və bütün bunlar münasibətlərin bərpasına kömək edəcək. Üçüncü mövzuya, Ukraynada müharibənin bitməsinə gəlincə, biz düşünürük ki, müharibə çox tezliklə bitəcək. Ona görə də çox tezliklə hər iki istiqamətdə münasibətlərin keyfiyyətcə yaxşılaşdırılması üçün bütün şərait yaradılacaq",- Kobaxidze deyib.

.