Tbilisidəki aksiyaların siyasi etirazla heç bir əlaqəsi yoxdur. Bu, xaricdən dəstəklənən zorla hakimiyyətin dəyişdirilməsi ssenarisidir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Hadisələr “Makkeyn İnstitutu”nun tanınmış hesabatında necə göstərilibsə, elə də inkişaf edir. Hesabatda bildirilir ki, əgər müxalifət qələbə çalsa, Aİ və ABŞ hakimiyyətin sülh yolu ilə ötürülməsini dəstəkləyəcək”, - İ.Kobaxidze bildirib.
Onun sözlərinə görə, mitinq başlanğıcda zorakılıq kimi planlaşdırılıb və zorakılığa qatılanlar toplandıqdan sonra etiraz polisi qarşı zorakılığa çevrilib.
.