Nəhayət, hamı əmin oldu ki, Gürcüstan dövləti həmişəkindən daha güclüdür və heç kim dövlətimizin gücünü heç bir şantajla sarsıda bilməz.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

O, müxalifət nümayəndələrinin şəhərin küçələrində “müharibə imitasiya etmək cəhdi”nin uğursuz olduğunu, növbəti “Maydan” təşkil etmək cəhdinin iflasa uğradığını qeyd edib.

“Radikal müxalifətin Gürcüstanda “Maydan” təşkil etmək cəhdi olub. Üstəlik, şəhərimizin küçələrində müharibə imitasiya etmək cəhdi təşkil etdilər, halbuki görürsünüz ki, bu müharibə imitasiyası uğursuzluqla nəticələndi. Gürcüstanda növbəti “Maydan” təşkil etmək cəhdi isə uğursuzluğa düçar oldu. Ötən 4 il ərzində ölkəmizdə Maydan təşkil etmək üçün dörd cəhd olub, lakin dövlət hər dörd cəhdə uğurla cavab verib” - Baş nazir bildirib.

.