NATO hazırda Gürcüstanla aktiv genişlənmə danışıqları aparmır.

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, regionda yaranmış vəziyyət fonunda bunun xüsusi səbəbləri var.

“Regionda yaranmış vəziyyətə əsasən NATO-nun özündə bu gün genişlənmə vəzifəsi yoxdur. NATO Ukrayna və Gürcüstana ekspansiyasını fəal müzakirə edə bilmir. Regionda vəziyyət dəyişəndə, vəziyyət sakitləşəndə ümumi vəziyyət də dəyişə bilər, lakin bu gün NATO tərəfindən genişlənmə ilə bağlı aktiv danışıqlar aparılmır, bunun konkret səbəbləri var”, - baş nazir bildirib.

.