Gürcüstan və Ukrayna hökumətləri arasında münasibətlərin gərginləşdirilməsində müəyyən qüvvələrin marağı var.
Bunu Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze deyib. O, Gürcüstan hakimiyyətinin Ukrayna ilə dostluq münasibətlərini birtərəfli rejimdə saxlamaq niyyətində olduğunu qeyd edib.
Kobaxidze Ukrayna hakimiyyətinin ən yüksək səviyyədə səsləndirdiyi bəyanatlarının məyusedici olduğunu vurğulayıb.
Əlavə edib ki, Ukrayna öz səfirini Gürcüstandan geri çağırmasına görə heç bir izahat verməyib.
"Təsəvvür edin, Rusiya tərəfindən Ukraynaya ilk hücumun Belarus istiqamətindən edilməsinə, Rusiya tanklarının Belarusdan Ukraynaya daxil olmasına baxmayaraq, Belarus səfirini dəvət etmədilər, Belarus səfirini geri çağırmadılar, lakin Gürcüstan səfirini çağırdılar. Bunun heç bir izahatı yoxdur",- deyə Kobaxidze bildirib.
.
