Müəyyən qüvvələrin Gürcüstanda “Ukrayna ssenarisi”nin tətbiqi üçün cəhdləri baş tutmayıb.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Gürcüstanın güzəştsiz mövqeyi və mübarizəsi sayəsində ölkə üçün neqativ ssenaridən xilas olmaq mümkün olub.

“Bu, böyük səylər tələb etdi. Gürcüstanda sülhün qorunub saxlanılması üçün mübarizə apardığımıza görə güclü təzyiqlər və ədalətsiz yanaşmalarla üzləşdik. Bizim etdiklərimizi təəssüf ki, dost ölkə olan Ukrayna edə bilmədi. Bu çox faciəvi hadisədir. Müharibənin acınacaqlı humanitar nəticələri hamıya məlumdur”, - Kobaxidze əlavə edib.

Baş nazir qeyd edib ki, Gürcüstan əmin-amanlığın və bundan sonrakı iqtisadi inkişafın qorunub saxlanılması üçün mübarizəni davam etdirməlidir.

.