Qeyri-hökumət təşkilatları (QHT) ilə partiyalar arasında yaranan çaşqınlıq bir daha onu göstərir ki, Gürcüstan siyasətində “qara pul”, gizli pullar var və bu pulların mənbəyi açıqlanmalıdır.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Kobaxidzenin fikrincə, siyasi partiyaların və QHT-lərin bir-biri ilə birləşməsi faktı bir daha göstərir ki, “Şəffaflıq haqqında qanun”un qəbul edilməsi zəruri idi:

“Gürcüstanda siyasətin maliyyələşdirilməsi şəffaf olmalıdır, xüsusən də siyasətin maliyyələşdirilməsi QHT-lər vasitəsilə həyata keçirildikdə, təbii ki, bu da şəffaf olmalıdır. QHT-lər və partiyalar arasında bu cür çaşqınlıq bir daha onu göstərir ki, “qara pul” var, gizli pullar var və bunların mənbəyi Gürcüstan cəmiyyətinə açıqlanmalıdır”.

.