Gürcüstan Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsində çox mühüm rol oynayır.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən “Səfirlər konfransı 2025” tədbirində çıxışında deyib.
Onun sözlərinə görə, Gürcüstanın diplomatik korpusunun bu istiqamətdə səyləri gələcəkdə də davam etdirilməlidir.
Kobaxidze gürcü diplomatların beynəlxalq arenada Gürcüstanın səsi olduğunu qeyd edib:
“Sizin əsas vəzifələrinizdən biri ölkəmizin nəqliyyat və tranzit funksiyalarının möhkəmləndirilməsidir. Bu il bu istiqmətdə çox işlər görüldü, növbəti il və gələcək illərdə də çox iş görülməlidir”.
.
