Gürcüstan avrointeqrasiya prosesini dayandırmayıb.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Avropa bürokratiyasının özü 2024-cü ilin iyunun 27-də Gürcüstanla dialoqu dayandırmaq barədə qərar qəbul edib.

“Bu qərar üçün heç bir əsas yox idi və gürcü xalqına münasibətdə son dərəcə ədalətsiz olub”, - Kobaxidze əlavə edib.

Baş nazir Avropa bürokratiyasının gürcü xalqına yanaşmasının dəyişəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib.

.