BBC-nin yaydığı yalan informasiya cavabsız qalmayacaq.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, BBC-nin həqiqətə uyğun olmayan informasiyaya reaksiya verməsi və onu təkzib etməsi üçün Gürcüstan hökuməti Böyük Britaniyanın Kommunikasiyanın Tənzimlənməsi Komissiyasına müraciət etməyi planlaşdırır.

Kobaxidze qeyd edib ki, telekanalın yaydığı yalan məlumatın cavabsız qalmaması hökumət üçün prinsipial əhəmiyyət kəsb edir.

Qeyd edək ki, BBC-nin materialında ötən il Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Hakim “Gürcü Arzusu” partiyası telekanalı böhtana görə beynəlxalq ədalət məhkəmisinə verəcək, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialda yer alan məlumatlar üzrə istintaqa başlayıb.

.