ABŞ və Avropa İttifaqının (Aİ) cəzaları münasibətlərin yenidən qurulması ilə bağlı gözləntilərimizi doğrultmur.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Son 4 ildə baş verən siyasi hadisələrin fonunda bu münasibətlərin həqiqətən yenidən qurulmasına ehtiyac var və Gürcüstan tərəfi, hökumətimiz əvvəldən axıra qədər buna hazırdır. Bu cür qərarlar münasibətlərin yenidən başlaması baxımından qeyri-məhsuldardır, baxmayaraq ki, mən hələ də gələcəkdə praqmatik, rasional, düzgün və ədalətli addımların atılacağına ümid edirəm”, - deyə İ.Kobaxidze bildirib.

Qeyd edək ki, iyulun 5-də ABŞ Gürcüstanda “Noble Partner” hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib və iyulun 9-da məlum olub ki, Aİ Gürcüstan Müdafiə Nazirliyi üçün nəzərdə tutulan 30 milyon avronun dondurulmasına qərar verib.

.