Gürcüstanın Baş naziri İrakli Kobaxidze hesab edir ki, ABŞ-nin Xarici Agentlərin Qeydiyyatı Aktının (FARA) fəaliyyətini yumşaltmaq niyyətinin arxasında "dərin dövlət" dayanır.

Bu barədə Yenizaman Gürcüstan KİV-ə istinadən xəbər verir.

Kobaxidze ABŞ-də FARA-nın dəyişdirilməsi ilə bağlı söhbətlərin Gürcüstanda “Gürcü arzusu” partiyasının milli qanunvericiliyə onun tam analoqunu daxil etmək qərarına gəlməsindən dərhal sonra eşidilməyə başlamasını “maraqlı detal” adlandırıb.

“Nə qədər qəribə olsa da, bizim bəyanatımız ABŞ-də FARA-nın zəifləməsi ilə üst-üstə düşdü. Burada "dərin dövlət" də iştirak edə bilər. Gələcək hər şeyi göstərəcək”, - o jurnalistlərə deyib.

Siyasətçi əlavə edib ki, Avropa İttifaqı da xarici təsir haqqında qanunun öz variantını qəbul etmək istəyib, lakin Gürcüstan faktoru bu planların qarşısını alıb.

“Aİ oxşar qanun qəbul etmək istəyirdi və onlar birbaşa və rəsmi şəkildə bildirdilər ki, Gürcüstanda analoji qanun qəbul edildiyi üçün bu qanunu qəbul edə bilməyəcəklər, çünki o zaman Gürcüstanı tənqid etməyə mənəvi haqları olmayacaq”, - Kobaxidze əlavə edib.

.