İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların maliyyə mənbələrinə çıxışının asanlaşdırılması istiqamətində iş aparır.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O bildirib ki, sahibkarların həm daxili, həm xarici maliyyə mənbələrinə çıxışı olacaq: "Xarici banklarla, xarici maliyyə institutları ilə sahibkarları əlaqələndirəcəyik. KOBİA körpü rolunu oynayacaq”.
.
