ABŞ prezidentliyinə namizəd Hillari Klinton debatların ikinci raundunda respublikaçı rəqibi Donald Trampa qalib gəlib.

Bunu "CNN” telekanalının "Opinion Research Corporation"la birgə keçirdiyi blits-sorğunun nəticələri göstərir. Belə ki, tamaşaçıların 52%-i Klintona, 39%-i isə Trampa səs verib.

Klinton və Tramp arasında son debatlar Nevada ştatında, Las-Veqasda keçirilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.

.