ABŞ-ın seçki üzrə federal komissiyası prezidentliyə namizədlərin seçki kampaniyasına sərf etdiyi maliyyə ilə bağlı məlumat dərc edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, seçkilərdə qələbə qazanan Respublikaçıların namizədi Donald Tramp seçkiyə 322 milyon dollar xərcləyib. Bu məbləğdən 66 milyon dolları milyarderin şəxsi büdcəsindən ödənilib.
Demokratların namizədi Hillari Klinton isə seçki kampaniyasına 565 milyon dollar sərf edib.
