Cari ilin fevralın 20-də Ukraynanın paytaxtı Kiyevdə piyadanı öldürən azərbaycanlının kimliyi və hadisənin təfərrüatı məlum olub.

Ukraynada azərbaycanlıların "Analitika və İnformasiya Platforması" təşkilatının sədri, hüquqşünas Qulu İbrahimov "Report"un Avropa bürosuna bildirib ki, bu, 1992-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı Əzizli Abdulla Əziz oğludur.

Kiyevin Peçersk rayon polisi artıq onu saxlayıb. Rayon məhkəməsi isə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

 

.