Ukraynanın paytaxtı Kiyevdə polislə etirazçılar arasında toqquşma baş verib

Bu barədə Kiyev şəhərinin polis rəisi Andrey Krişşenko bildirib.
 
Onun sözlərinə görə, insident nəticəsində 1 polis əməkdaşı, 10 etirazçı xəsarət alıb, 5 nəfər saxlanılıb.

 
Bundan əvvəl Kiyevdə qondarma Donetsk və Luqansk Xalq Respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Pyotr Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar. 
 
Bir qrup şəxs yaxın müddətdə daha bir çadırın qurulacağını bildirib.
 
Hadisə yerinə polis və Milli Qvardiyanın əsgərləri cəlb edilib.


 
Qeyd edək ki, ötən gün Rusiya Ukraynanın Donbas bölgəsindəki "Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublikası” separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb.

APA TV

.