Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ölkəsinin Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırıldığını açıqlayıb.

Bu barədə “STRANA.ua” məlumat yayıb.

Nazir öz qərarını "səfirin müharibə şəraitində olan ölkədə diplomatiyanın reallıqlarını tam başa düşməməsi" ilə izah edib.

XİN rəhbəri həmçinin Ukrayna səfirlərini və konsullarını “proaktiv mövqe” tutmağa və mərkəzdən göstəriş gözləməməyə çağırıb.

.