Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) "l Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda kütləvi informasiya vasitələri arasında keçirdiyi müsabiqənin qaydaları açıqlanıb.

KİVDF-dən bizimyol.info-ya verilən məlumata görə, müsabiqədə ən azı 1 il müddətində fəaliyyət göstərən kütləvi informasiya vasitələri (televiziya kanalları, qəzetlər, jurnallar, informasiya agentlikləri və internet informasiya resursları) iştirak edə bilərlər. Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşmüş KİV-in müsabiqədə iştirakına icazə verilmir. Müsabiqənin maliyyələşdirilməsi qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyənləşdiriləcək. Mövzunun KİV-lər tərəfindən əhatə olunması səviyyəsini müəyyənləşdirmək üçün Fondun Müşahidə Şurası tərəfindən xüsusi Monitorinq Qrupu yaradılıb. Müsabiqənin qiymətləndirmə meyarları aşağıdakılardır: - mövzunun əhatə olunması, idman yarışlarının işıqlandırılması, jurnalist təhlili; - fəaliyyətin cəmiyyət üçün informasiyalılıq səviyyəsi; - jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti; - ictimai maraqların müdafiəsi. I -ci yerin qalibi 30 min, II -ci yerin qalibi (2 KIV) 15 min, III -cü yerin qalibi (2 KIV) isə 10 min manat məbləğində mükafat qazanacaq. Nəticələri yüksək qiymətləndirilmiş KİV-lər Müşahidə Şurasının qərarı ilə Fondun İcraçı direktoru tərəfindən təsdiq edilir. Müsabiqənin yekunları haqqında iştirakçılara və ictimaiyyətə məlumat verilir. Müsabiqə bu gündən başlayaraq iyulun 1-dək davam edəcək.
.