“Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa ölkəsinin tərəfdaşları ilə birlikdə Rusiya-Ukrayna münaqişəsində güzəştlərlə bağlı müzakirə aparır”.

Bu barədə yazı “Financial Times” nəşrində dərc edilib.

Yazıda bildirilib ki, sələfi Dmitri Kulebadan fərqli olaraq A. Sibiqa hadisələrə daha praqmatik yanaşan bir diplomatdır. Müəllif, həmçinin onun bu cəhətlərinin BMT Baş Assambleyasının son sessiyasında müşahidə olunduğuna da diqqət çəkib:

“A. Sibiqanın təyinatından sonra Ukraynalı diplomatlar da atəşkəs variantının müzakirəsinə daha loyal münasibət sərgiləməyə başlayıblar. Onlar hətta Rusiya Ukraynanın ərazilərinin bir qisminə nəzarəti özündə saxlasa belə kompromiss müzakirələrinə hazırdırlar. Lakin bu yanaşma Ukrayna cəmiyyətində sosial xaos yarada, hətta Ukraynanın kapitulyasiyası kimi də anlaşıla bilər”.

Qeyd edək ki, ölkədə keçirilən son rəy sorğusuna əsasən, 32 faiz respondent Rusiya ilə danışıqların yalnız Ukrayna ərazilərinin azad olunmasından sonra mümkünlüyü fikrini dəstəkləyib, 25 faiz isə hesab edib ki, tərəflər arasında sülh razılaşması yalnız Rusiyanın ilhaq etdiyi ərazilər azad olunduqdan sonra mümkündür.

.