Türkiyədə keçiriləcək “Əfqanıstanda sülh prosesi” konfransı təxirə salınıb.

Bu barədə bu gün Qətərin “Əl Cəzirə” telekanalı Əfqanıstan Milli Barışıq Ali Komissiyasındakı mənbəyə istinadən xəbər yayıb.

Mənbənin məlumatına görə, konfransın təxirə salınmasına “Taliban” nümayəndələrinin tədbirdə iştirakdan imtina etməsi səbəb olub.

Qeyd edək ki, İstanbulda 24 aprel - 4 may tarixləri arasında Əfqanıstan İslam Respublikası və “Taliban” nümayəndələri arasında yüksək səviyyəli konfransın keçirilməsi planlaşdırılırdı. Konfransın təşkilatçıları Türkiyə, Qətər və Birləşmiş Millətlər Təşkilatıdır (BMT). Konfransda siyasi həll üçün yol xəritəsinin yaradılması və toqquşmalara son verilməsi ilə bağlı müzakirələrin aparılması gözlənilirdi.

.