Rusiyanın "Qazprom" şirkətindən uzunmüddətli "al və ya ödə" ("take-or-pay") müqavilələri çərçivəsində böyük həcmdə qazın alınması öhdəliklərini üzərinə götürən  yeddi özəl türk şirkəti Rusiya şirkətinə təxminən 2 mlrd. ABŞ dolları həcmində borcu yaranıb.

Bu barədə  "The Wall Street Journal" xəbər verir.

Məlumata əsasən, 2019-cu ilin nəticələrinə görə, bu şirkətlər Rusiya qazının alınmasını minimal kontrakt həcmlərindən əhəmiyyətli dərəcədə azaldıb. Bu da böyük borcun yaranmasına səbəb olub.

Nəşrin yazdığına görə, hazırda Türkiyə tərəfi hazırkı vəziyyəti məhkəməsiz həll etmək üçün "Qazprom" la danışıqlar aparır.

Qeyd edək ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin məlumatına görə, ötən il Rusiyadan Türkiyəyə təxminən 15,19 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub.
 

.