Türkiyədə Rusiyaya məxsus Su-24 hərbi təyyarəsini vuran iki pilot həbs edilib.
APA-nın "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə hökumətindəki yüksək rütbəli mənbə bildirib.
Xatırladaq ki, Türkiyə Hərbi-HavaQüvvələri 2015-ci il, noyabrın 24-dəSuriya istiqamətindən sərhədi pozan Rusiyanın "Su-24” bombardmançı təyyarəsini vurub.
.
