ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh planı 28 bənddən 19-a endirilib.

Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Mənbələr hansı məsələlərin sülh planından çıxarıldığını dəqiqləşdirməyiblər.

Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksandr Bevz bildirib ki, Cenevrədə keçirilən danışıqların nəticələrinə əsasən, 28 bəndlik sülh planı artıq əvvəlki formasında mövcud deyil, bəzi bəndlər çıxarılıb, bəziləri isə dəyişdirilib.

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov isə deyib ki, ABŞ-ın Ukrayna üçün sülh planı layihəsi Rusiya, Ukrayna, Avropa və ABŞ tərəfindən dəyişikliyə məruz qalacaq.

.