İsrailin Baş naziri Benyamin Netanyahunun dekabr ayının sonunda ABŞ Prezidenti ilə görüşü Trampın Florida ştatının cənubundakı Mar-a-Laqo şəxsi iqamətgahında baş tuta bilər.
Bu barədə "The Times of Israel" İsrail diplomatik mənbəyinə istinadən məlumat verib.
"Yekun qərar verilməyib, lakin ABŞ bu ehtimalı da nəzərdən keçirir", - o qeyd edib.
"Army Radio" isə bildirib ki, Netanyahu təxmini olaraq 28-31 dekabr tarixlərində Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək, lakin səfərin dəqiq tarixləri hələ məlum deyil.
Netanyahu dekabrın 2-də Trampın onu Ağ Evdə görüşə dəvət etdiyini açıqlayıb.
