ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməyi və ölkənin neft yataqlarına nəzarəti bərqərar etməyi düşünüb.

Bu barədə "Washington Post" qəzeti mənbələrə istinadən yazır.

"Yayın ortalarına qədər administrasiya narkotik gəmilərinə zərbələr endirmək və Venesuelaya yönəlmiş ikinci variantları, o cümlədən neft yataqlarını və Maduronu ələ keçirmək barədə düşünürdü", - nəşr yazır.

Bundan başqa Mərkəzi Kəşfiyyat İdarəsi narkotiklərlə mübarizə bölməsinin fəaliyyətini sürətlə genişləndirir. Nəhayət, ABŞ prezidenti transmilli cinayətkar təşkilatlara qarşı mübarizəyə yönəlmiş geniş sənəd imzalayaraq Mərkəzi Kəşfiyyat İdarəsinə narkotik şəbəkələrinə qarşı gizli əməliyyatlar aparmaq səlahiyyəti verib.

.