ABŞ Prezidenti Donald Trampa İrana əlavə zərbələr endirmək üçün bir neçə seçim verilib.

"The New York Times" (NYT) mənbələrə istinadən bu barədə məlumat yayıb.

Mənbələrin məlumatına görə, Amerika lideri Tehranda mülki hədəflərə zərbələr endirmək də daxil olmaqla bir sıra variantlarla tanış olub. Adları çəkilməyən ABŞ rəsmiləri qeyd ediblər ki, Amerika lideri İslam Respublikasına qarşı hücuma icazə verməyi ciddi şəkildə nəzərdən keçirir, lakin hələlik yekun qərar verməyib.

Bundan əlavə, şənbə günü ABŞ dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. "The New York Times" qəzetinin məlumatına görə, onlar Suriya və Qəzza zolağındakı vəziyyətdən əlavə, İrandakı etirazları da müzakirə ediblər.

Daha əvvəl Tramp ABŞ-nin İranın etirazçıların öldürülməsinə icazə verəcəyi təqdirdə, İslam Respublikası rəhbərliyinə güclü zərbə endirə biləcəyini bildirib.

.