İtaliyanın "Napoli" klubunun futbolçusu Arkadiuş Milik komandadan ayrılacaq.

"Tuttosport"  xəbər verir ki, 26 yaşlı hücumçu qış transfer dönəmində "Yuventus"a keçəcək.

Turin təmsilçisi polşalı oyunçunun transferi üçün qarşı tərəflə razılığa gəlib. Ölkə çempionu Milik üçün "Napoli"yə 18 milyon avro ödəyəcək.

Qeyd edək ki, Arkadiuş Milik cari mövsüm "Napoli" forması ilə meydana çıxmayıb. Neapol təmsiçisi onun adını heç bir turnirin iştirak ərizəsinə daxil etməyib.

.