İspaniyanın "Real Madrid" klubu hazırkı durumda bahalı transferlərə pul xərcləyə bilmir.
"Marca" xəbər verir ki, buna koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı səbəb olub.
Paytaxt təmsilçisinin Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holannı və Fransa PSJ-sindən Kilian Mbappeni almaq üçün pulu yoxdur.
Qeyd edək ki, "Real Madrid" 2020-ci yayında və qış transfer dönəmində futbolçu transfer etməyib.

.