Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasında baş nazir Nikol Paşinyanın anti-Rusiya siyasəti ilə bağlı dərin, lakin səssiz fikir ayrılığı var, bu da siyasi təşkilatda parçalanmaya yol aça bilər.
Bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.
Bildirilib ki, partiya üzvləri bir-biri ilə söhbətlərində Paşinyanı və onun anti-Rusiya siyasətini tənqid edirlər, amma bu fikirləri qətiyyən ucadan səsləndirmirlər.
Məlumata görə, Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının son iclasında üzvlərə fəal şəkildə anti-Rusiya arqumentini irəli sürməyi və keçmiş idarəçilərin Rusiyanın köməyi ilə hakimiyyətə qayıtmaq istəyini ictimaiyyətə bildirməyi tapşırıb.
Qəzetdə qeyd olunub ki, anti-Rusiya əhval-ruhiyyəsinin ardıcıl olaraq dərinləşməsi partiya içərisində parçalanmaya səbəb ola bilər, çünki siyasi təşkilatın üzvlərinin özləri bu istiqamətdə həyəcan təbili çalırlar.
.
