Rusiya Prezidenti Vladimir Putin İranın ali dini lideri Ayətullah Əli Xameneidən HAMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümünə cavab olaraq İsrailə qarşı təmkinli davranmağı istəyib və mülki İsrail vətəndaşlarına qarşı hücumlara başlamamağı tövsiyə edib.

Bu barədə "Reuters" iki yüksək səviyyəli İran mənbəsinə istinadən yazıb.

Mənbələrin bildirdiyinə görə, bu mesajı bazar ertəsi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlərində çatdırıb.

Adları açıqlanmayan yüksək səviyyəli rəsmilər bildirib ki, Tehran Moskvaya Rusiya istehsalı olan Su-35 qırıcı təyyarələrinin çatdırılması üçün də təzyiq göstərib.

.